Aprelin 9-da Bakı KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkilatçılığı ilə “KOB üçün işçi axtarışı və onun rəsmiləşdirilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək. Təlimdə Bakı KOBİM-in eksperti Sevinc Qarakişiyeva aşağıdakı mövzulardan danışacaq: - İşə qəbul prosesinin mərhələləri və strukturu haqqında ümumi anlayış: yaxşı iş üçün yaxşı işçi lazımdır; -Yaxşı işçilərin axtarışı yolları. Təcrübəli yoxsa qabiliyyətli; -Müsahibə nəticələrinin yekunlaşdırılması; -Praktiki iş: vakansiya üçün elanın hazırlanması; -Seçilmiş namizədlərlə əmək münasibətlərinin rəsmiləşdirilməsi; Saat 11:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya[email protected]elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.