Vakansiya: KOB və Mikro Kreditlər üzrə Daxili Nəzarət İşçisi
Bakı
“Azərbaycan Mikro-Kredit BOKT” ASC
“Azərbaycan Mikro-Kredit BOKT” ASC KOB və mikro kreditlər üzrə daxili nəzarət işçisi vəzifəsinə uyğun namizədləri işə dəvət edir.
Namizədə dair tələblər:
• Ali təhsil (Maliyyə, İqtisadiyyat, Bank işi və ya əlaqəli sahə üzrə)
• KOB və Mikro- kredit sahəsində minimum 1 il iş təcrübəsi
• Kredit risklərinin qiymətləndirilməsi və idarə olunması üzrə biliklər
• Kredit sənədlərinin düzgünlüyünü və tamlığını yoxlama bacarığı
• Analitik düşünmə və hesabat hazırlama qabiliyyəti
• Bank/BOKT daxili qaydalar və kredit prosedurları üzrə məlumatlılıq
• AKB, Asan Kredit Bürosu və digər kredit sorğu sistemləri ilə işləmə bacarığı
• Microsoft Office proqramları (xüsusilə Excel) ilə işləmə bacarığı
• Məsuliyyətlilik, diqqətlilik və obyektivlik
İşin təsviri:
• Təşkilatın daxili qayda və prosedurlarına riayət olunmasına nəzarət etmək
• KOB və mikro kreditlər üzrə təhlillərin aparılması
• KOB və mikro kreditlər üzrə mütəmadi monitorinqlərin həyata keçirilməsi
• Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
• Filiallarda verilən kreditlərin daxili qaydalara uyğunluğuna nəzarət etmək
• Kredit sənədlərinin düzgün tərtibini yoxlamaq və uyğunsuzluqlar üzrə hesabatlar hazırlamaq
• Kredit portfeli üzrə monitorinqlər aparmaq və nəticələri təqdim etmək
• Riskli və problemli kreditlərin səbəblərini təhlil etmək
• Daxili nəzarət çərçivəsində yoxlamalar aparmaq və tövsiyələr vermək.
İş günləri: Bazar ertəsi – Şənbə
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini
[email protected] elektron ünvanına göndərə bilərlər.