Vəzifə: Kommersiya üzrə Data Analitik
Əsas vəzifə öhdəlikləri:
· Şirkətin kommersiya fəaliyyətini əks etdirən müxtəlif hesabatların hazırlanması;
· Satış göstəricilərinin təhlili və nəticələrin izlənməsi;
· Kampaniyaların effektivliyinin analizi və nəticələrinin qiymətləndirilməsi;
· Satışın və gəlirliliyin artırılması üçün analitik təkliflərin hazırlanması və təqdim edilməsi;
· Aylıq kateqoriya satış planlarının (forecast) hazırlanması və faktiki nəticələrlə müqayisəsi;
· Anbar qalığı və dövriyyə sürətinin təhlili;
· Stock-out və overstock vəziyyətlərinin analizi və hesabatların hazırlanması;
· İşlərin optimallaşdırılması və proseslərin daha sürüətli və rahat getməsi məqsədi ilə müxtəlif analitik hesabatların və təhlillərin hazırlanması.
Namizədə tələblər:
· 1 ildən az olmayaraq data analitiki kimi iş təcrübəsi
· Ali təhsil (iqtisadiyyat, maliyyə, statistika və ya biznes analitikası sahəsində);
· Excel və Power BI proqramlarında sərbəst işləmək bacarığı;
· Analitik düşüncə tərzi və məlumatları aydın şəkildə təqdimetmə bacarığı;
· Satış və kommersiya göstəriciləri ilə işləmə təcrübəsi;
· Diqqətli, məsuliyyətli və komanda ilə işləmə bacarığı.
Üstünlük veriləcək namizədlər:
· FMCG və ya satış yönümlü şirkətlərdə analitik vəzifələrdə təcrübə;
· Proqnozlaşdırma (forecasting) üzrə təcrübə
İş yeri: Supertoys Sədərək ofisi
Əmək haqqı 1000-1300 azn
Müraciət qaydası:
CV-nizi [email protected] ünvanına “Data Analitik” başlığı ilə göndərməyiniz xahiş olunur.