Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə Xidməti aşağıdakı vakansiyanı elan edir.
Vəzifə: Kommunikasiya və PR üzrə böyük məsləhətçi
Vəzifə öhdəlikləri:
· PR və kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;
· Media və ictimaiyyətlə münasibətlərin qurulması, press-reliz, çıxış mətni və müsahibə mətnlərinin hazırlanması;
· Sosial media platformaları (Facebook, Instagram, X, YouTube və s.) üçün kontent planlaşdırılması, analitika və paylaşımların idarə edilməsi;
· PR kampaniyaları, tədbirlər və media aksiyalarının təşkili və yerində koordinasiyası;
· Böhran kommunikasiyası zamanı reputasiya risklərinin idarə edilməsi və çevik qərarvermə;
· İctimai və media mühitinin monitorinqi, hesabat və analitik materialların hazırlanması;
· Beynəlxalq və dövlət protokolu qaydalarına uyğun ictimai tədbirlərdə iştirak.
Namizədə tələblər:
· Ali təhsil (jurnalistika, marketinq, beynəlxalq münasibətlər, filologiya, brend menecment və ya müvafiq sahələr üzrə);
· Kommunikasiya və PR sahəsində minimum 3-5 illik təcrübə (dövlət, media və ya beynəlxalq qurumlarda olması üstünlükdür);
· Azərbaycan və ingilis dillərində mükəmməl yazı və nitq bacarığı (rus dili üstünlükdür);
· MS Office, Canva, CapCut və digər media və AI alətləri ilə işləmək bacarığı;
· Analitik düşünmə, təşkilati qabiliyyət və operativ işləmək bacarığı;
· Yüksək məsuliyyət hissi, yaradıcılıq, komandada işləmək və məxfilik prinsipinə riayət etmək.
Müraciət qaydası:
CV-lərinizi [email protected] elektron poçt ünvanına, mövzu hissəsində “Kommunikasiya və PR üzrə böyük məsləhətçi” qeyd etməklə göndərə bilərsiniz.