Kompüter Operatoru üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

Kompüter Operatoru üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı:

Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Kompüter Operatoru Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.

1) Kimlər müraciət edə bilər?

•         Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.

•        Yaş həddi: 21-32.

•        Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.

•        Orta vəya ali təhsilli şəxslər.

•        Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.

•        Kompüter operatorluğu sahəsində bilik və bacarıq əldə etmək istəyənlər.

•        Administrativ vəzifə üzrə karyera qurmaq istəyənlər.

2) Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

A. Kompüter Operatorluğu:

•        Ofis proqramları ilə yüksək səviyyədə işləmə bacarığı (MS Word, Excel, PowerPoint).

•        Elektron sənədləşmə və arxivləşdirmə.

•        Məlumatların emalı və hesabatların hazırlanması.

•        Cədvəllərin, şəkillərin, qrafiklərin əlavə edilməsi və tərtibatı.

•        Yazışma və sənəd tərtibi standartları.

•        Qrafiklərin, diaqramların yaradılması.

•        Elektron poçt və bulud sistemlərində (Google Drive, OneDrive və s.) sənədlərin saxlanması və paylaşılması.

•        Ofis avadanlıqlarından düzgün istifadə və texniki dəstək

3) Bu Proqram Sizə Nələri Qazandıracaq?

•        Təlim təcrübə proqramı tam ödənişsizdir.

•        Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.

•        Təlim təcrübə proqramı 3 ay davam edəcək.

•        Təlim təcrübə proqramı hər gün 4 saat həftədə  5 dəfə olmaqla,  ümumilikdə isə 264 saat  olacaq.

•        3 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.

•        Praktiki Təcrübə – Real iş şəraiti və nümunələr əsasında təlim.

•        Fərdi Mentor Dəstəyi – Təcrübəli mütəxəssislər tərəfindən rəhbərlik.

•        Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.

•        Sertifikat – Proqramı uğurla bitirənlərə sertifikat təqdim olunur.

•        Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman 

 

Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz:

Müraciət et

 

Şirkət: Vision Academy

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

 Veb sayt: www.visionacademy.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.