Apar komandasına Kontent və Sosial Media Mütəxəssisi axtarılır

 

 Vəzifə öhdəlikləri:

– Facebook, Instagram və TikTok hesablarının idarəsi

– Həftəlik və aylıq kontent planının hazırlanması və icrası

– Sosial media trendlərinin izlənməsi və tətbiqi

– Kreativ post, story və reels hazırlanması

– İzləyici artımı və aktivliyin təhlili, inkişaf planının təqdim edilməsi

 

 Tələb olunan bilik və bacarıqlar:

– Video çəkilişi, montajı, səs yazısı və redaktəsi bacarığı

– Canva, CapCut və oxşar proqramlarda işləmə təcrübəsi

– Sosial şəbəkə alətlərindən aktiv istifadə bacarığı

– Copywriting qabiliyyəti və kreativ yanaşma

– Azərbaycan dilində mükəmməl yazı bacarığı 

– Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı

 

 Biz nə təklif edirik?

– Şəhərin mərkəzində iş yeri

– Dinamik və yaradıcı komandada işləmək imkanı

– Şəhər həyatına təsir edən innovativ layihələrin bir hissəsi olmaq

– Apar velosiped və e-velosipedlərindən limitsiz istifadə imkanı 🚲

 

 İş haqqında:

 Ünvan: Bakı şəh., Həsən Abdullayev 5A

 İş qrafiki: Həftənin 5 günü (09:00 – 18:00)

 İş formatı: Tam ştat

 Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək

 

 Seçim tapşırığı:

Namizəddən maksimum 30–40 saniyəlik Reels hazırlanması xahiş olunur. Mövzu sərbəstdir: mizahi, məlumat xarakterli, motivasiyaedici və ya istənilən formada ola bilər. Əsas şərt Apar brendi ilə uyğun olsun. Video, yaradıcı ideya, montaj keyfiyyəti və sosial media trendinə uyğunluq baxımından qiymətləndiriləcək.

 

 Müraciət üçün: CV və portfolio-nuzu [email protected] ünvanına göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.