Vakansiya | Kontent Yaradıcısı (Content Creator)
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi komandamıza klassik SMM deyil, kontent yaradan, ideya gətirən və trendləri hiss edən bir mütəxəssis axtarır.
Bu vəzifə aşağıdakı istiqamətləri əhatə edir:
▪️ Content Creator
▪️ Video / Reels Creator
▪️ Digital Storyteller
Bu vəzifə xüsusilə aşağıdakı sahələrdə bacarıqları olan namizədlər üçün nəzərdə tutulub:
▪️ sosial media üçün kreativ kontent ideyalarının hazırlanması və icrası
▪️ video kontentin (Reels, TikTok, vlog və s.) çəkilişi və ilkin montajı
▪️ sosial media trendlərinin izlənilməsi və brendə uyğun tətbiqi
▪️ “real və təbii” (UGC tipli) kontent yanaşmasının tətbiqi
▪️ məkan və ziyarətçi təcrübəsini əks etdirən kontentin yaradılması
▪️ tədbir və layihələr zamanı yerində operativ kontent hazırlanması
Tələblər:
• Müvafiq sahə üzrə iş təcrübəsi (kontent yaradıcılığı, SMM və ya oxşar sahə)
• Sosial media platformaları və trendlər üzrə biliklər
• Video çəkiliş və montaj üzrə bacarıqlar
• Kreativ düşüncə və ideyanı icraya çevirə bilmə bacarığı
• Operativlik və dinamik iş mühitinə uyğunlaşma
Əgər siz bu profilə uyğunsunuzsa CV və portfelinizi [email protected] ünvanına göndərə bilərsiniz.