Komandamıza Kontent yaradıcısı axtarırıq.

 

 

Vəzifə öhdəlikləri

Sosial media, veb-sayt və digər rəqəmsal kanallar üçün mətnlərin hazırlanması;

Post, story, reels, video ssenarisi, kampaniya və reklam mətnlərinin yazılması;

Brendin kommunikasiya dilinə uyğun kreativ kontent ideyalarının hazırlanması;

Kontent planına uyğun mətnlərin vaxtında təqdim edilməsi;

Dizayner, SMM və kontent komandası ilə koordinasiyalı işləmək;

Rəqəmsal trendləri izləmək və mətnlərdə tətbiq etmək;

Məhsul və xidmətlər üçün qısa, təsirli və satışyönümlü mətnlər hazırlamaq;

Hazırlanan mətnlərdə qrammatika, üslub və brend tonuna nəzarət etmək.

 

Vəzifə üzrə tələblər

Ali təhsil (marketinq, iqtisadiyyat, jurnalistika, kommunikasiya və ya əlaqədar sahələr üstünlükdür)

Kopiraytinq, digital kontent və ya marketinq sahəsində minimum 2 il iş təcrübəsi;

Azərbaycan dilində mükəmməl yazı və ifadə bacarığı;

Sosial media platformaları və kontent formatları haqqında bilik;

Kreativ düşüncə və ideya yaratmaq bacarığı;

Reklam və satış mətnləri yazmaq bacarığı;

Deadline-lara riayət etmək və komanda ilə işləmək bacarığı;

İngilis və rus dili biliyi üstünlükdür;

Məsuliyyətli, diqqətli, araşdırmaçı və nəticəyönümlü olmaq.

 

- İş rejimi: Həftənin 5 günü 09:00-dan 18:00-dək +Servis

 - Nahar şirkət tərəfindən verilir.

Zəhmət olmasa CV-lərinizi göndərərkən mövzu yerinə " Kontent yaradıcısı " qeyd edərsiniz.

CV-lərinizi [email protected] ünvanına göndərərsiz.

İş yerinin ünvanı: Binə qəsəbəsi, Zığ şossesi, Dreamland Golf Club, Media Balans

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.