Könüllü gənclər üçün “Könüllü Baharı 2” düşərgəsi gəlir!
7-11 mart tarixlərində Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən “Go Camp Volunteers” proqramı çərçivəsində “Könüllü Baharı 2” Azərbaycan Könüllülərinin yaz düşərgəsi həyata keçiriləcək.
Düşərgənin məqsədi könüllü gənclərin asudə vaxtının səmərəli təşkili, onların şəxsi və peşəkar inkişafına töhfə vermək, komanda ruhunu gücləndirmək, yeni bilik və bacarıqlar qazandırmaq, eyni zamanda Novruz ənənələrini birgə yaşadaraq gənclər arasında birlik və həmrəyliyi təşviq etməkdir.
Qeydiyyat linki: https://duserge.konullu.az/
Qeydiyyat üçün son tarix: 27 fevral 2026-cı il.