Xəzər Gənclər evində “Könüllülük Dostluqdur” Proqramı Başlayır! 

 

Sən də yeni dostluqlar qazanmaq, maraqlı fəaliyyətlərin bir hissəsi olmaq, özünü inkişaf etdirmək və unudulmaz təcrübələr toplamaq istəyirsənsə – bu fürsət məhz sənin üçündür! 

 

Xəzər Gənclər evi Mayın 1-dən 15-dək könüllülük proqramına qeydiyyat elan edir. Bu müddət ərzində qeydiyyatdan keçən gənclərlə müsahibə aparılacaq və ən aktiv, motivasiyalı iştirakçılar komandamıza qoşulmaq şansı əldə edəcək. 

 

Burada səni nələr gözləyir?

 Maraqlı və interaktiv təlimlər

 Rəngarəng tədbirlər, sərgilər və festivallar

 Muzeylərə və regionlara infoturlar

 Komanda ruhunu gücləndirən layihələr

 Yeni dostlar və ömür boyu unudulmaz xatirələr

 

Xəzər Gənclər evi 2014-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərir və bu günə qədər minlərlə gəncə sosial, intellektual və şəxsi inkişaf imkanı yaradıb.Bu böyük ailənin bir üzvü olmaqla sən də həm sosial məsuliyyətini gücləndirəcək, həm də şəxsi inkişaf yolunda böyük addım atacaqsan. 

 

Unutma! Buradakı bütün fəaliyyətlər tamamilə ödənişsizdir və yalnız gənclərin inkişafına yönəlib.

 

Proqramın müddəti 3 ay olacaq və bu dövrdə iştirakçılar müxtəlif təlimlərdə, tədbirlərdə və layihələrdə aktiv rol alacaqlar.Proqramın sonunda isə fəal iştirakçılara Sertifikat təqdim ediləcək!

 

Qeydiyyat tarixi: 1–15 May

Məkan: Xəzər Gənclər evi

 Yaş kateqoriyası: 14–29 yaş

 

 Müraciət linki: LİNK

Gəl, birlikdə könüllülüyü dostluğa çevirək! 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.