Böyük "PAŞA Bank" ailəsinin bir üzvü olmaq istəyirsinizsə, sizi Kopirayter olaraq komandamıza dəvət edirik. Bizimlə Siz əldə edəcəksiniz: • Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı • Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi • Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı • Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu İşiniz nədən ibarət olacaq? • Yerli bazar araşdırmaları və təhlillərinin aparılmasına dəstəyin göstərilməsi; • Brendləşmə, marketinq kommunikasiya strategiyasının və aidiyyəti məzmunların hazırlanmasının dəstəklənməsi; • Potensial müştərilərin cəlb edilməsinə hədəflənmiş kampaniyaların idarə edilməsi və effektivliyinin qiymətləndirilməsinə dəstəyin göstərilməsi; • Müxtəlif çeşidli marketinq materiallarının, veb-sayt üçün, eləcə də reklam və marketinq planlarına uyğun digər əlaqəli məzmunların hazırlanması; • Marketinq tədbirlərinin təşkili işinin dəstəklənməsi; • Təkmilləşdirmələrin aparılması üçün müştərilərdən və məhsul sahiblərindən müvafiq rəylərin toplanılması; detallı hesabatların hazırlanması; • Sosial media kampaniyalarının hazırlanması üçün müvafiq məlumat
Reklam
ların toplanılması, sosial media səhifələrinin monitorinqi, əldə edilmiş məlumatlar əsasında təkliflərin hazırlanması, sosial şəbəkələrdə brend və məhsulla bağlı yazılan rəylərin izlənilməsi və cavablandırılması; • Bank adından xarici auditoriyaya açıqlanan bütün məzmunların hazırlanması və redaktə edilməsi. Sizdən nə tələb olunur? Təhsil: • Marketinq kommunikasiyası, Biznesin idarə edilməsi və ya əlaqədar sahədə bakalavr təhsili İş təcrübəsi: • Müvafiq sahədə ən az 3 il iş təcrübəsi Əsas bacarıqlar: • Azərbaycan, rus və ingilis dillərində yüksək keyfiyyətli məzmunların, hesabatların, təqdimatların hazırlanması bacarığı, hər üç dildə məzmunların redaktə edilməsi bacarığı; • Təkmil kompüter bilikləri; • Məlumat təhlili sahəsində təcrübə; • Sosial media platformaları haqqında biliklər Əlavə üstünlüklər: • Sosial media üzrə sertifikatı; Digər: • Yüksək biznes etikası/dürüstlük • Müxtəlif sahələr üzrə müxtəlif tapşırıqları eyni anda yerinə yetirmə bacarığı • Güclü təşkiletmə, planlaşdırma və nəzarət etmə bacarığı • Gərgin iş mühitində işləmə bacarığı, stressin idarə edilməsi bacarığı Müraciət edin: Qeyd olunan tələblərə cavab verdiyiniz halda, müraciətinizi [email protected] ünvanına başlıqda "Kopirayter" qeyd edərək göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.