Komandamıza bizimlə birlikdə möhtəşəm layihələrə imza atacaq təcrübəli (mid/senior) kopirayter axtarırıq.
Tələblər:
· Kopirayter kimi 3-4 illik agentlik təcrübəsi;
· Sİ alətləri ilə effektiv və “insanbeyinli” işləmək bacarığı;
· Azərbaycan dilini hər mövzuda yaza biləcək səviyyədə, ingilis dilini isə araşdırma və təqdimat etmək dərəcədə bilməli;
· Kommunikasiyanın təməl prinsiplərinə bələd olmalı;
· “Out of box” düşüncə qabiliyyətinə malik olmalı və portfoliosunda bu cür işlərin mövcudluğu;
· Böyük brendlər və qlobal markalar ilə işləmək məsuliyyətini anlamalı.
Vəzifə öhdəlikləri
· Yerli və qlobal markalar üçün kreativ konseptlərin hazırlanması;
· Bütün kommunikasiya məcraları üçün (TV və radio, digital, SM, outdoor, radio) mətnlərin yazılması;
· SM üçün kontentin hazırlanması və kopirayterlərə istiqamətin verilməsi;
· Rəqəmsal kampaniyalar üçün kreativ ideyaların verilməsi;
· Təqdimatların hazırlanması və müştərilərə ideyaların çatdırılması.
Vəd edirik:
· Qlobal markalar ilə iş təcrübəsi;
· Təcrübə və bacarıq ilə uzlaşan, bazar rəqabətli əməkhaqqı;
· Geyimdən fikirlərə qədər sərbəstliyin olduğu mühit;
· Şəhərin mərkəzində maraqlı işlərə ilhamlandıran ofis.
Əgər axtardığımız kopirayterin sən olduğunu düşünürsənsə, portfolio və CV-ni “kopirayter” başlığı ilə [email protected] ünvanına göndər.
Portfoliosuz CV-lərə baxılmır.

