Azersun Holding şirkətlər qrupuna daxil olan Media Balans MMC komandası "Korporativ müştərilərlə iş üzrə mütəxəssis (Account Manager)" vakansiyası üzrə peşəkar, detallara diqqətli və dinamik əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
• Müştərilərlə gündəlik əlaqənin qurulması və effektiv şəkildə idarə olunması
• Kontent planları, çəkilişlər və kampaniyaların koordinasiyası
• Kreativ, dizayn, prodakşn və media komandaları ilə sıx əməkdaşlıq
• Briflərin toplanması, komandalara ötürülməsi və icranın nəzarətdə saxlanılması
• Layihə təqviminin və büdcəsinin hazırlanması
• Brendə uyğun influencerlərin araşdırılması (nano, mikro, makro)
• Influencer siyahılarının və qiymət təkliflərinin hazırlanması
• Influencerlərlə yazışmaların aparılması və əməkdaşlıq şərtlərinin razılaşdırılması
Tələblər:
• Ali təhsil (marketinqlə əlaqəli ixtisaslar üstünlükdür)
• Reklam agentliyi və ya oxşar sahədə minimum 3 il təcrübə
• Güclü kommunikasiya, yazışma və təqdimat bacarıqları
• Azərbaycan dili yüksək səviyyədə (Rus və İngilis dili bilikləri üstünlükdür)
İş rejimi: Həftə içi 5 gün | 09:00 – 18:00
Nahar şirkət tərəfindən təmin olunur
Servis xidməti mövcuddur
İş yeri: Bakı şəhəri
CV göndərmək üçün: [email protected] müraciət etməyinizi xahiş edirik.
Mövzu hissəsində “Korporativ müştərilərlə iş üzrə mütəxəssis (Account Manager)” qeyd etməyinizi xahiş edirik.