Korporativ Satış Meneceri vakansiyası
Böyüyən komandamız üçün yeni əməkdaş axtarırıq!
İş barədə məlumat:
Müştərilərlə əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması
Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili
Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması
İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək (şənbə günü növbəli və qısa iş günüdür)
Əmək haqqı: Müsahibə əsasında (artan əmək haqqı + yüksək bonus)
Ünvan: Şərq Bazarı yaxınlığı, 28 May metrosu yaxınlığı
Namizədə tələblər:
Müvafiq sahə üzrə ali təhsil: İT, iqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır
İş təcrübəsi: Satış sahəsi üzrə minimum 3 il iş təcrübəsi (İT və videomüşahidə kamera sistemləri satışı sahəsində təcrübə üstünlükdür)
MS Office, CRM və digər müvafiq proqramlarda istifadə təcrübəsi
Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
Rus dili (əla), İngilis dili (arzuolunan)
Satış sahəsinin nəzəri və praktiki bilikləri
Yaş: 24 – 35
Biz təklif edirik:
Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
Peşəkar və karyera yüksəlişi üçün imkanlar
Rəqabətli əmək haqqı və müavinətlər paketi
Yeni ideya və yanaşmalara açıq mühit
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini [email protected] ünvanına, Subject/Mövzu hissəsində “Korporativ satış meneceri” qeyd etməklə göndərmələri xahiş olunur.