Korporativ Satış üzrə Mütəxəssis vakansiyası

 

Böyüyən komandamıza Korporativ Satış üzrə Mütəxəssis axtarırıq! Əgər satış bacarığınız güclüdürsə və müştəri yönümlü yanaşmaya sahibsinizsə, sizi komandamıza dəvət edirik!

 Vəzifə öhdəlikləri:

· Mövcud korporativ müştərilərlə işin təşkili və inkişafı

· Yeni müştərilərin cəlb olunması, təqdimat və danışıqların aparılması

· Satış planlarının icrası və aylıq hədəflərin yerinə yetirilməsi

· Bazar və rəqib analizlərinin aparılması

· Müştəri bazasının idarə olunması və mütəmadi əlaqələrin saxlanılması

 Namizədə tələblər:

· Ali təhsil (arzuolunandır)

· Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

· Yaş həddi: 25-35

· Yüksək ünsiyyət və təqdimat bacarığı

· Komandada işləmək və satış hədəflərinə fokuslana bilmək

· Məsuliyyətli, təşəbbüskar və nəticəyə yönəlik yanaşma

 İş şəraiti:

· Əmək haqqı: 600 – 700 AZN + satışdan bonus

· Karyera inkişafı və öyrənmə imkanları

· Rahat və peşəkar iş mühiti

· İş yeri 20 yanvar metrosu yaxınlığı (Rövşən Cəfərov 10)

CV-nizi [email protected] ünvanına “Korporativ satış mütəxəssisi” başlığı ilə göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.