VAKANSİYA: Korporativ Satış üzrə Mütəxəssis
Böyüyən komandamıza Korporativ Satış üzrə Mütəxəssis axtarırıq!
Əgər satış bacarığınız güclüdürsə və müştəri yönümlü yanaşmaya sahibsinizsə, sizi komandamıza dəvət edirik!
Vəzifə öhdəlikləri:
· Mövcud korporativ müştərilərlə işin təşkili və inkişafı
· Yeni müştərilərin cəlb olunması, təqdimat və danışıqların aparılması
· Satış planlarının icrası və aylıq hədəflərin yerinə yetirilməsi
· Bazar və rəqib analizlərinin aparılması
· Müştəri bazasının idarə olunması və mütəmadi əlaqələrin saxlanılması
·
Namizədə tələblər:
· Ali təhsil (arzuolunandır);
· Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
· Yaş həddi: 25-35;
· Yüksək ünsiyyət və təqdimat bacarığı;
· Komandada işləmək və satış hədəflərinə fokuslana bilmək;
· Məsuliyyətli, təşəbbüskar və nəticəyə yönəlik yanaşma;
·
İş şəraiti:
· Əmək haqqı: 700 AZN + satışdan bonus;
· Karyera inkişafı və öyrənmə imkanları;
· Rahat və peşəkar iş mühiti;
İş yeri: Nəsimi rayonu, Rövşən Cəfərov 10, (20 yanvar, Velotrek)
Müraciət:
CV-nizi [email protected] ünvanına “Korporativ satış mütəxəssisi” başlığı ilə göndərin.