Basqal Resort & Spa komandamız üçün korporativ satış üzrə mütəxəssis axtarışındayıq!
Vəzifə öhdəlikləri:
Korporativ müştəri bazasının genişləndirilməsi, yeni müştərilərin (B2B) axtarışı və cəlb edilməsi.
Məhsul və xidmətlərin şirkətlərə təqdim edilməsi və satış prosesinin idarə edilməsi
Təkliflərin, müqavilələrin və sənədləşmə işlərinin hazırlanması və idarə edilməsi
Rəqiblərin araşdırılması və bazar tendensiyalarının təhlili
Satış planının icrası və hesabatlılığın təmin edilməsi
Tələblər:
Korporativ satış sahəsində minimum 1 il təcrübə
Güclü danışıq və təqdimat bacarıqları
Aktiv, yüksək motivasiyalı və komanda ilə işləmək bacarığı
MS Office, Fidelio proqramlarında sərbəst işləmə bacarığı
Xarici dil bilikləri : ingilis və rus
Vakansiya ilə maraqlanan şəxslər [email protected] elektron ünvanına müraciət edə bilərlər.