Korporativ satış və layihələr üzrə assistent vakansiyası

Korporativ satış Kommersiya təklifləri  Müştəri əlaqələri

Pedalchi bir velosipedlə başlayan və bu gün Azərbaycanda velosiped mədəniyyətinin inkişafına töhfə verən komandadır. Veloturlar, təlimlər, velosiped və digər elektron nəqliyyat vasitələrinin təmiri üzrə etibarlı xidmətlər təqdim edirik.

Komandamızı genişləndiririk və uzunmüddətli əməkdaşlıq üçün korporativ satış və layihələr üzrə assistent axtarırıq.

Rol haqqında

Bu rol Pedalchi-nin xidmətlərini korporativ müştərilərin ehtiyaclarına uyğunlaşdıraraq kommersiya təklifləri hazırlayacaq, uyğun şirkət və təşkilatlarla əlaqə quracaq və satış prosesini ilkin müraciətdən razılaşmaya qədər izləyəcək.

İş şəraiti

İş ünvanı: Şərifzadə 16, Yasamal — Pedalchi Servis

  •  İş qrafiki: frilans, işin gedişatına uyğun dəyişkən 

•  Əməkhaqqı: görülən iş və layihənin həcminə uyğun müəyyən edilir

Əsas vəzifələr

•  Pedalchi-nin xidmətləri üzrə korporativ müştərilərə uyğun kommersiya təklifləri hazırlamaq

•  Potensial müştəriləri və əməkdaşlıq üçün uyğun şirkətləri araşdıraraq müəyyənləşdirmək

•  Hazırlanmış təklifləri uyğun qərarverici şəxslərə təqdim etmək və ilkin əlaqəni qurmaq

•  Müştərilərlə yazışmaları, görüşləri və sonrakı kommunikasiya prosesini izləmək

•  Müştəri ehtiyaclarını öyrənərək uyğun xidmət və layihə həlləri təklif etmək

• Razılaşdırılmış layihələrin planlaşdırılması və icrası zamanı komanda ilə koordinasiyada işləmək

•  Təkliflərin statusu, müştəri rəyləri və satış imkanları üzrə səliqəli qeydiyyat aparmaq

 

Namizəddən gözləntilər

•  Korporativ satış, biznesin inkişafı və layihələrlə işləməyə maraq

•  Güclü şifahi və yazılı kommunikasiya bacarığı

•  Araşdırma aparmaq, ehtiyacı anlamaq və uyğun təklif formalaşdırmaq bacarığı

•  Nəticə yönümlü, məsuliyyətli və təşəbbüskar yanaşma

•  Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı

•  Kommersiya təklifləri və təqdimatlar hazırlamaq bacarığı

•  Canva, PowerPoint və oxşar proqramlardan istifadə bacarığı üstünlükdür

 

Biz nə təklif edirik

•  İş prosesində öyrənmək və peşəkar inkişaf etmək imkanı

•  Təcrübəli mütəxəssislərdən mentorluq və praktiki dəstək

•  Yerli və beynəlxalq layihələrdə iştirak etmək imkanı

•  Müasir və peşəkar servis mərkəzində iş mühiti

•  Pedalchi xidmətlərindən istifadə və digər layihələrdə ödənişsiz iştirak etmək imkanı

•  Səmimi, peşəkar və inkişaf yönümlü komandanın üzvü olmaq

•  Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı perspektivi

Müraciət

Öyrənməyə açıq, məsuliyyətli və inkişaf etməyə həvəsli mütəxəssissinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

Necə müraciət etməli CV-nizi müraciət etdiyiniz vakansiyanın adını başlıqda qeyd etməklə WhatsApp vasitəsilə +994 55 202 96 63 nömrəsinə göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.