Təcrübə tələb olunmur!
Karyerasına başlamaq istəyənlər üçün əla fürsət!
Hazırda komandamıza “Kredit mütəxəssisi” axtarırıq.
Bu vakansiya xüsusilə yeni universitet məzunları və karyerasına yeni başlamaq istəyən şəxslər üçün nəzərdə tutulub. Əgər iş təcrübəniz yoxdursa və peşəkar fəaliyyətinizə başlamaq istəyirsinizsə, bu fürsət sizin üçün əla başlanğıc ola bilər!
Bu vəzifədə siz:
•Kredit prosesləri və bank olmayan kredit təşkilatlarının fəaliyyəti ilə tanış olacaqsınız;
•Kredit sənədləşməsi və daxili prosedurlarla işləməyi öyrənəcəksiniz;
•Komanda ilə əməkdaşlıq, analitik düşüncə və məsuliyyət bacarıqlarınızı təkmilləşdirəcəksiniz.
Təcrübə tələb olunmur – əsas olan:
Məsuliyyətlilik;
Diqqətlilik və dəqiqlik;
Öyrənməyə həvəs və inkişaf istəyi;
Güclü ünsiyyət bacarığı;
Analitik düşüncə və təşəbbüskarlıq.
Uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.