“Ekol Mühəndislik Xidmətləri” QSC komandamıza "Kreditorlar üzrə mütəxəssis" axtarırıq!

Komandamıza mühasibat uçotu, kreditor borclarının idarə olunması və maliyyə sənədlərinin düzgün rəsmiləşdirilməsi sahəsində bilik və təcrübəyə malik, məsuliyyətli və peşəkar əməkdaş axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

İlkin mühasibat sənədlərinin (qaimə-fakturalar, elektron qaimə-fakturalar (EQF), təhvil-təslim aktları və s.) qəbulunu, vaxtında və düzgün qeydiyyatını, eləcə də dəqiqliyinin yoxlanılmasını təmin etmək;

Kreditor borclarını mütəmadi izləmək, təchizatçılarla qarşılıqlı üzləşmə aktlarını hazırlamaq, imzalanmasını təmin etmək və hesablaşmaların düzgünlüyünə nəzarət etmək;

Mühasibat və vergi uçotuna dair sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata almaq, sistemləşdirmək, mühafizə etmək və arxivləşdirmək;

1C proqramında gündəlik mühasibat əməliyyatlarını aparmaq və müvafiq məlumatları sistemə daxil etmək;

Mühasibat və maliyyə fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsi üzrə ali təhsil;

Müvafiq sahə üzrə minimum 2–3 il iş təcrübəsi;

Azərbaycan Respublikasının mühasibat və vergi uçotu üzrə qanunvericiliyinə dair biliklər;

1C, Microsoft Excel və Microsoft Word proqramlarında işləmək bacarığı;

Azərbaycan dilini bilmək mütləqdir, ingilis və ya rus dili biliyi arzuolunandır;

Şəxsi keyfiyyətlər: Analitik düşünmə, detallara diqqətlilik, məsuliyyətlilik və komandada işləmək bacarığı.

Biz təklif edirik:

 Şirkət tərəfindən təmin olunan nahar;

 Könüllü tibbi sığorta;

 Peşəkar inkişaf və yaradıcılıq imkanları.

 Müraciət üçün: CV-nizi mövzu sətrində “Kreditorlar üzrə mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.

 Son müraciət tarixi: 28 oktyabr 2026-cı il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.