Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Strateji inkişaf departamentinin Layihələrin idarə edilməsi şöbəsinə aparıcı mütəxəssis axtarırıq.

Namizəd yüksək əhəmiyyətli və mürəkkəb layihələri başlanğıc mərhələsindən yekun təhvil mərhələsinədək idarə edəcək və icra proseslərinə nəzarət edəcəkdir. 

 

Sizi hansı öhdəliklər gözləyir?

        Layihələrin planlaşdırılması, resurs bölgüsü, vaxt qrafiklərinin hazırlanması və icra mərhələlərinin koordinasiyasını təmin etmək; 

        Layihə proqramı çərçivəsində bir-biri ilə əlaqəli bir neçə layihənin tam icrasını və koordinasiyası prosesini həyata keçirmək; 

        Layihələrin icrası zamanı yaranan riskləri müəyyənləşdirmək, risk analizləri aparmaq və qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təmin etmək; 

        Jira, MS Project və digər layihə idarəetmə alətlərindən istifadə etməklə layihə fəaliyyətlərinin monitorinqini aparmaq və yenilənməsini təmin etmək; 

        Təklif olunan strateji təşəbbüslər və layihələr üzrə ilkin qiymətləndirmələr, məqsədəuyğunluq analizləri və ROI (İnvestisiya Gəlirliliyi) hesablamaları aparmaq; 

        Xarici tərəfdaşlar, təchizatçılar, məsləhətçilər və həll təminatçıları ilə əməkdaşlıq proseslərini idarə etmək, danışıqlarda iştirak etmək və münasibətlərin effektiv şəkildə qurulmasını təmin etmək.

 

Namizədlərdən tələblərimiz

        İdarəetmə, iqtisadiyyat, maliyyə, mühəndislik və ya uyğun sahələr üzrə ali təhsil;

        Layihələrin idarə edilməsi sahəsində minimum 3-5  il iş təcrübəsi (infrastruktur və ya nəqliyyat sektorunda, həmçinin irimiqyaslı layihələrdə təcrübə üstünlükdür);

        Layihə idarəetmə metodologiyaları, risklərin idarə olunması və problemlərin həlli bacarıqları (layihə idarəetmə sertifikatları üstünlükdür);

        Jira, MS Project və MS Office proqramlarında yüksək səviyyədə işləmə qabiliyyəti.

 

Metropoliten Sizə nə təklif edir?

        Sabit və etibarlı iş mühiti;

        Peşəkar komandada inkişaf və karyera imkanları;

        Metropolitendən ödənişsiz istifadə imkanı;

        Güzəştli nahar təminatı;

        “Metropoliten Apartments” və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;

        Psixoloji dəstək xidməti.

 

Müraciət üçün

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə  müraciətinizi tamamlaya bilərsiniz.

 

Müraciət üçün son tarix: 08 iyul 2026-cı il

Uğurlar!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.