“Lex Camp 2-Xankəndi” düşərgəsinə qeydiyyat başladı

 

Ədliyyə Könüllüləri Ədliyyə Nazirliyi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi), Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti,     “ADA” Universiteti (ADA University), Qarabağ Universiteti (Qarabağ Universiteti), Azərbaycan Respublikasının Gənclər Fondu (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (Azərbaycan Könüllü Təşkilatları İttifaqı) ilə birgə 29 sentyabr – 4 oktyabr tarixlərində Xankəndi şəhərində gənc hüquqşünaslar üçün “Lex Camp 2-Xankəndi” düşərgəsini təşkil edəcək.

Düşərgə çərçivəsində gənc hüquqşünaslar üçün “Hüquq və Texnologiya: İnnovasiyaların tənzimlənməsi və tənzimlənmədə innovasiya” mövzusunda yerli və xarici mütəxəssislərin iştirakı ilə nəzəri və praktiki təlimlər, seminarlar, panel müzakirələri və real keyslər üzərində iş təşkil olunacaq. Bununla yanaşı, rəsmi şəxslərlə görüşlər və müxtəlif maarifləndirici, interaktiv fəaliyyətlər həyata keçiriləcək.

Düşərgədə iştirak etmək istəyən namizədlərin nəzərinə:

- Düşərgənin rəsmi-işgüzar dili və bütün rəsmi fəaliyyətlər ingilis dilində təşkil olunacaq;

- Təhsilin istənilən pilləsində hüquq ixtisası üzrə oxuyan və ya məzun olmuş, 25 yaşadək gənclər iştirak etmək üçün müraciət edə bilərlər.

“Lex Camp 2-Xankəndi” düşərgəsində iştirak etmək istəyən şəxslər 21 sentyabr 23:59-dək qeydiyyat linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat başa çatdıqdan sonra uyğun namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq. 

Düşərgə çərçivəsində keçiriləcək görüşlər və fəaliyyətlər barədə gündəlikdən məlumat əldə etmək mümkündür. 

Qeydiyyat üçün link: https://forms.gle/iqSZL4u2hQ65xSnw8

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.