Linux System Engineering Təlimi üzrə Peşəkar Təlimçi Axtarılır

 

Dövlət qurumu üçün təşkil olunacaq “Linux System Engineering – Advanced Practice & Engineering Extension” təlim proqramı üzrə yüksək peşəkarlığa malik təlimçi axtarılır.

 

Təlim online formatda keçiriləcək.

İştirakçı sayı: 4 nəfər

Təlim müddəti: 36 saat

 

İştirakçılar texniki bilik və təcrübəyə sahib mütəxəssislərdir. Bu səbəbdən təlim advanced səviyyədə, praktiki yönümlü və real layihə təcrübəsinə əsaslanan şəkildə aparılmalıdır.

 

Təlim proqramına daxil olan əsas istiqamətlər:

Linux təhlükəsizliyi və firewall idarəetməsi

Bash/Shell scripting və avtomatlaşdırma

Ansible, Puppet və Infrastructure as Code yanaşması

Docker, Docker Compose və konteyner təhlükəsizliyi

KVM virtuallaşdırma texnologiyaları

GitLab CI/CD və deployment prosesləri

Apache, Nginx, reverse proxy və load balancing

Linux şəbəkə idarəçiliyi və monitorinq

High Availability, failover və backup strategiyaları

Kubernetes, Helm və orkestrasiya əsasları

Production mühitləri üzrə real case study və praktiki ssenarilər

Tələblər:

Linux System Engineering sahəsində təlimçilik üzrə minimum 5 il praktiki təcrübə

Təlimçilik və real layihə təcrübəsinin olması

Mövzuları praktiki nümunələr və production ssenariləri üzərindən izah etmək bacarığı

Advanced səviyyəli texniki auditoriya ilə işləmə təcrübəsi

Yüksək peşəkarlıq, təqdimat və kommunikasiya bacarıqları

Namizədlərdən CV, portfolio və göndərilən modullara uyğun hazırlanmış Linux təlimi üzrə yol xəritəsi / tədris planı təqdim etmələri xahiş olunur.

Ödəniş: razılaşma yolu ilə müəyyən ediləcək.

Qeyd edək ki, təlimçi ilə bağlı iştirakçılar tərəfindən yüksək feedback təqdim olunarsa, gələcəkdə digər dövlət qurumları üçün təşkil olunacaq təlim layihələrində də əməkdaşlıq imkanları nəzərdən keçirilə bilər

Maraqlanan namizədlər öz CV-lərini [email protected] göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.