BOKT Falcon Finance MMC-də Lizinq üzrə Mütəxəssis Vakansiyası

 

 

BOKT “Falcon Finance” MMC lizinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.

Elanın təsviri

•        Elan tarixi: 09.07.2026

•        Son tarix:   09.08.2026

•        Şirkət: BOKT Falcon Finance MMC

•        Ərazi: Bakı

•        Maaş: Razılaşma

•        Yaş: 25 — 45 yaş

•        Təhsil: Ali təhsil 

•        İş rejimi: Tam iş günü (5 gün)

•        Müqavilə: Əmək müqaviləsi

•        E-mail: [email protected]

Əsas vəzifələr:

•        Lizinq məhsullarının satışını həyata keçirmək və yeni müştərilərin cəlb edilməsini təmin etmək;

•        Potensial müştərilərlə görüşlər keçirmək, lizinq məhsulları və şərtləri barədə ətraflı məlumat vermək;

•        Lizinq müraciətlərini qəbul etmək, ilkin təhlilini aparmaq və müraciət prosesini idarə etmək;

•        Müştərilərdən tələb olunan sənədləri toplamaq, yoxlamaq və tamlığını təmin etmək;

•        Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini qiymətləndirmək;

•        Lizinq dosyelərini hazırlamaq və aidiyyəti struktur bölmələrə təqdim etmək;

•        Təsdiq edilmiş lizinq əməliyyatlarının rəsmiləşdirilməsi prosesində iştirak etmək;

•        Mövcud müştərilərlə əməkdaşlığı davam etdirmək, yüksək xidmət keyfiyyətini təmin etmək və satış hədəflərinin icrasına nail olmaq;

•        Daxili prosedur və qaydalara uyğun sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək;

•        Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetrimək.

 

Tələblər:

•        Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (bank, BOKT təcrübəsi üstünlükdür);

•        Güclü analitik qabiliyyət və satış bacarığı;

•        Təhlil, qərarvermə və ünsiyyət bacarıqları;

•        MS Office proqramlarında işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən,  namizədlərin CV-lərini “lizinq mütəxəssisi” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.