Logistika üzrə kiçik mütəxəssis (satış üzrə təcrübəçi)
Vəzifə tələbləri:
•Ali təhsilli xanım və bəy namizədlər (Universitetin sonuncu kurs tələbələri və Magistr tələbələri müraciət edə bilər);
•Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
•İngilis dili
•Rus dili (arzuolunandır);
•Yaş həddi: 20-30
•Kompüter və ofis proqramlarından istifadə etmək bacarığı;
•Məsuliyyətli, öyrənməyə, inkişaf etməyə həvəsli və diqqətli biri olması;
•Verilən tapşırıqların zamanında və dəqiqliklə işlənməsi;
•Şirkətin logistik imkanlarını (quru, hava, dəniz daşımaları) müştəriyə peşəkar şəkildə təqdim etmək, rəsmi işgüzar danışıqlar aparmaq bacarığı;
•Bazar araşdırması edərək logistik xidmətlərə ehtiyacı olan idxalçı, ixracatçı və istehsalçı şirkətləri müəyyən etmək və onlarla ilkin əlaqə (soyuq zənglər və görüşlər) qurmaq bacarığı;
•Müştərinin ehtiyaclarını analiz etmək, etirazlarla işləmək (handling objections) və satışı bağlamaq (closing deals) prinsiplərini bilmək;
•Şirkətin daxili tariflərinə əsasən müştəri üçün cəlbedici və dəqiq qiymət təklifləri (kotirovka) hazırlamaq və onlara təqdim etmək;
Təcrübə müddətində öyrədiləcək:
•Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika işlərinə nəzarət;
•Beynəlxalq yükdaşımalarını həyata keçirilməsi;
•Daşınmaları həyata keçirən xarici şirkətlərlə əlaqələr yaratmaq;
•İdxal və ixrac zamanı yük sənədlərinin yoxlanılması;
•Kompüter ilə məlumatların sistemə yerləşdirilməsi;
•Müraciətlərin qeydə alınması, araşdırılması və cavablandırılması;
•Müştəri xidmətləri, logistika, satış və gömrük rəsmiləşdirilməsi üzrə biliklərin əldə edilməsi
Biz sizə nə vəd edirik?
•Rahat və geniş ofis şəraiti
•Uğurlu namizədə iş imkanı
İş şəraiti:
•iş günləri: Həftənin 1- 5-ci günlər
•İş vaxti: 10:00 18:00
•Ünvan: Bakı şəhəri, Nərimanov rayonu
•Əmək haqqı razılaşma əsasında olacaq
Maraqlanan şəxslər öz CV-lərini [email protected]