Vakansiya: Mağaza Meneceri (Masazır)

 

SUPERTOYS LLC komandası böyüməyə davam edir! 

Sumqayıtdan sonra yeni filialımız Masazırda açılır. 

 

Vəzifə öhdəlikləri:

- Mağazada Supertoys standartlarının və rəhbərliyin tapşırıqlarının icrasını təmin etmək

- Mağazanın gündəlik açılıb-bağlanması, təmizlik və işə hazırlığa nəzarət etmək

- Merçendayzinq, texniki proseslər və sistemlərin fasiləsiz işini təşkil etmək

- Komandanı idarə etmək, motivasiya vermək və gündəlik tapşırıqları bölüşdürmək

- Satış hədəflərinin icrasını təmin etmək və kampaniyaların icrasına nəzarət etmək

- Müştəri məmnuniyyətini təmin etmək, VIP və xüsusi müştərilərə yüksək səviyyədə xidmət göstərmək

- Anbar, kassa və stok idarəsini təşkil etmək

- Satışın artırılması üçün təkliflər hazırlamaq, performans və hesabatlar təqdim etmək

- Təhlükəsizlik, əməyin mühafizəsi və sanitar qaydalara əməl olunmasına nəzarət etmək

 

Namizədə tələblər:

- Ali təhsil (idarəetmə və ya satış sahəsində üstünlük verilir)

- Minimum 2 il pərakəndə satış sahəsində idarəetmə  təcrübəsi

- Komanda idarəetmə bacarığı və liderlik keyfiyyətləri

- Güclü ünsiyyət və problem həll etmə bacarığı

- Stresə davamlılıq, təşəbbüskarlıq və inkişaf yönümlülük

- Analitik düşünmə, satış göstəricilərini və performansı təhlil etmə bacarığı

- MS Office və satış proqramları ilə işləmə bacarığı

 

 Müraciət üçün: CV-lərinizi “Mağaza Meneceri ” mövzusu ilə [email protected] ünvanına göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.