Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti
Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunda
Baş məsləhətçi vəzifəsi üzrə vakansiya (müddətli)
Əmək funksiyaları:
• Sektorun fəaliyyət istiqamətinə aid edilən imtahanlar üzrə qanunvericilik və digər əlaqəli imtahan fənlərinin qəbul proqramlarını hazırlamaq və ehtiyac yarandıqda onlarda zəruri düzəlişlər aparmaq;
• Müvafiq imtahanların qanunvericilik üzrə test bankındakı yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına ekspertlər cəlb etmək, onlara müvafiq təlimatlar vermək (treninqlər keçmək);
• Mövcud olan test tapşırıqları bankının (istiqamətlər üzrə) mütəmadi olaraq təftişini təşkil etmək;
• İxtisas və peşəkarlıq səviyyəsinə uyğun test tapşırıqlarının hazırlanmasında, test tapşırıqları bankının təftişində şəxsən iştirak etmək;
• Müvafiq imtahanlarda sual kitabçalarına daxil olan test tapşırıqlarının qapalı şəraitdə yoxlanılması və ekspertizasında iştirak etmək (və ya müvafiq istiqamət üzrə yekun ekspertizanı kurasiya etmək)
• Yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət etmək;
• Yoxlama-ölçmə materiallarının ekspertizası prosesinin yekunu baradə sənədləşməni aparmaq (müvafiq akt və protokolları tərtib edib, aidiyyəti üzrə təqdim etmək);
• İmtahan verəcək şəxslərə elmi-metodik kömək məqsədilə metodik vəsaitlərin və topluların hazırlanmasında iştirak etmək;
• Səlahiyyətləri daxilində sektora daxil olan müraciətləri araşdırmaq və cavablandırmaq;
• Rəhbərlik, departament müdiri və sektor müdiri tərəfindən verilmiş digər tapşırıqları icra etmək.
Tələb olunan bilik və bacarıqlar:
• Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
• Staj tələbi: minimum 2 il;
• Test metodologiyasına dair biliklər;
• Azərbaycan dilini yüksək, ingilis və rus dillərini orta səviyyədə bilmək;
• MS Windows və MS Office proqramlarında, eləcə də internet resursları ilə sərbəst işləmək bacarığı;
• Analitik düşünmə bacarığı, diqqətlilik, metodoloji düşüncə, məlumatların məxfiliyinin qorunması, ekspertlərlə işləmə bacarığı, məsuliyyətlilik və intizamlılıq
Müraciət qaydası:
Namizədlər 6 sentyabr 2026-cı il tarixinədək linkinə daxil olaraq “imtahanlar sektoru-baş məsləhətçi” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.