“Maliyyə” istiqaməti üzrə müəllim

 

İş öhdəliklərinin təsviri

•    Bakalavr səviyyəsində maliyyə ilə bağlı fənlərin tədrisi;

•    Fənn sillabuslarının, tədris materiallarının və imtahan suallarının hazırlanması;

•    Tələbələrin tədris tapşırıqlarına, layihələrinə və imtahanlarına nəzarət;

•    Müvafiq fənlər üzrə moderasiya prosesində iştirak;

•    Fakültə səviyyəsində iclaslarda, proqramların inkişafında və keyfiyyət təminatı fəaliyyətlərində iştirak;

•    Elmi-tədqiqat fəaliyyəti, nəşrlər və akademik konfranslarda iştirak;

•    Peşəkar əməkdaşlıq təşəbbüslərinə dəstək.

 

Tələblər

•    Maliyyə, Biznes və ya əlaqəli sahə üzrə minimun magistr dərəcəsi (Fəlsəfə doktoru elmi dərəcəsi arzuolandır);

•    İngilis dilində tədris bacarığı (minimum B2 səviyyəsi);

•    Maliyyə menecmenti və investisiya menecmenti üzrə güclü peşəkar bilik və tədris təcrübəsi;

•    Yüksək təşkilatçılıq, ünsiyyət və komanda işi bacarıqları;

•    Beynəlxalq təhsil və ya peşəkar təcrübə üstünlükdür;

•    Elmi-tədqiqat potensialı və tədqiqat aparmaq bacarığı üstünlükdür.

 

Müraciət etmək üçün

Tələb olunan sənədlər

•    CV;

•    Ali təhsil diplomlarının və transkriptlərin surətləri;

•    Motivasiya məktubu (maksimum 500 söz);

•    Elmi nəşrlərin siyahısı (mövcuddursa).

 

Əlavə qeydlər

•    Elektron məktubun mövzu hissəsində “Maliyyə” istiqaməti qeyd edilməlidir.

•    Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

•    Tam ştat əməkdaşlar üçün Xankəndi şəhərində yaşayış yeri təmin ediləcəkdir.

Müraciət üçün son tarix

17 İyun 2026

E-poçt: [email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.