Internship Opportunity | Financial Planning & Analysis Department

 

İstehsalat sahəsində fəaliyyət göstərən müəssisəmizin Maliyyə Planlaşdırılması və Təhlili Departamentinin Hesabatlılıq və Büdcə Şöbəsinə Təcrübəçi axtarırıq.

 

Bu mövqe maliyyə və mühasibatlıq sahəsində karyera qurmaq, nəzəri biliklərini real biznes mühitində tətbiq etmək və IFRS əsaslı maliyyə hesabatlılığı, büdcələmə, forecast və FP&A istiqamətlərində praktiki təcrübə qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulub.

 

Əsas vəzifələr

• IFRS tələblərinə uyğun maliyyə hesabatlarının hazırlanmasına dəstək;

• Statement of Financial Position, Profit or Loss, Cash Flow və digər hesabatların hazırlanmasında iştirak;

• Maliyyə hesabatları üzrə analitik və dəstəkləyici cədvəllərin hazırlanması;

• Mühasibat məlumatları ilə maliyyə hesabatları arasında reconciliation proseslərində iştirak;

• Aylıq, rüblük və illik maliyyə hesabatlılığı proseslərinə dəstək;

• İllik büdcənin hazırlanması və məlumatların konsolidasiyasında iştirak;

• Budget vs Actual və variance analysis hazırlanması;

• Forecast və Rolling Forecast proseslərində iştirak;

• Gəlir, xərc və əsas maliyyə göstəricilərinin təhlili;

• İstehsalat xərcləri və maya dəyəri üzrə analitik işlərə dəstək;

• Management Reporting üçün hesabat və analitik məlumatların hazırlanması;

• Excel əsaslı maliyyə modelləri və analitik fayllarla işləmək.

 

Namizədə tələblər

• Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə son kurs tələbəsi və ya yeni məzun;

• Maliyyə və hesabatlılıq sahəsində inkişaf etmək istəyi;

• Maliyyə hesabatlarının əsas prinsipləri haqqında anlayış;

• IFRS üzrə baza bilikləri üstünlükdür;

• Microsoft Excel bilikləri;

• Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;

• Detallara diqqət, məsuliyyətlilik və öyrənməyə yüksək motivasiya;

• İngilis dili və maliyyə terminologiyası üzrə biliklər üstünlük hesab olunur.

 

Təcrübə müddətində

 

Namizəd IFRS hesabatlılığı, büdcələmə, Budget vs Actual, Forecast, Financial Analysis, Management Reporting və istehsalat maliyyəsi istiqamətlərində real praktiki təcrübə əldə edəcək.

 

Bu təcrübə gələcəkdə Financial Reporting, FP&A, IFRS, Budgeting və Corporate Finance istiqamətlərində karyera qurmaq istəyən namizədlər üçün güclü başlanğıc imkanıdır.

 

 Müraciət

 [email protected]

E-mail mövzusu: “Reporting & Budgeting Intern”

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.