TƏBİB tabeliyində olan Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Maliyyə şöbəsinin müdiri vəzifəsi üzrə vakant yer elan edir.

 

 Mövcud iş yeri:

▪️ Kəlbəcər RMX

 

Əmək haqqı:

 

Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

 

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

▪️ Ali təhsil (maliyyə və iqtisadiyyat)

▪️ Sahə üzrə minimum 5 il iş təcrübəsi

▪️ Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

▪️ Dil bilikləri: İngilis dili (arzuolunan) 

▪️ Sertifikat: PMS (Peşəkar Mühasib Sertifikatı) – zəruri

 

 Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 

▪️ Komandada işləmə;

▪️ Məsuliyyətlilik

▪️ Nəticəyönümlülük;

▪️ İntizamlılıq

 

 İşin təsviri:

▪️ Maliyyə və əmək ehtiyatlarından qənaətlə istifadə edilməsinə nəzarət;

▪️ Müəssisənin maliyyə fəaliyyətinin təşkil edilməsi;

▪️ Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət;

▪️ Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi; 

▪️ Pul vəsaitlərinin vaxtlı-vaxtında daxil olmasına nəzarət edilməsi, kreditorların vaxtında ödənilməsini təmin edilməsi, kreditlərin cəlb edilməsi və vaxtında ödənilməsinin təmin olunmasına nəzarət;

▪️ Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarətin edilməsi;

▪️ İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarətin edilməsi;

▪️ Tibb müəssisəsinin illik maliyyə hesabatlarının tərtibi edilməsinə nəzarət;

▪️ Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, muhasibat uçotu hesablarında onların hərəkətinin qeyd edilməsinin təşkili;

▪️ Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;

▪️ Tibb müəssisəsinin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin edilməsi;

▪️ Tabeçiliyində olan işçilərin maliyyə şöbəsinin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrinin təmin edilməsi;

▪️ Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət.

 

 Müraciət qaydası:

▪️ Vakansiyaya son müraciət tarixi: 05.10.2025

▪️ CV-lər [email protected] ünvanına göndərilməlidir;

▪️ Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Kəlbəcər RMX – Maliyyə şöbəsinin müdiri” yazaraq göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.