Vakansiya: Maliyyə üzrə Baş Mütəxəssis

 

Tabeli qurumlarımızdan biri üçün "Maliyyə üzrə Baş Mütəxəssis" axtarışındayıq!

 

Tələb Olunan Bilik və Bacarıqlar:

·      Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;

·     Mühasibatlıq və maliyyə sahəsində minimum 3-5 il iş təcrübəsi;

·      Milli mühasibat uçotu standartları və vergi qanunvericiliyi üzrə biliklər;

·      Maliyyə hesabatlarının hazırlanması, büdcələşdirmə və təhlil sahəsində praktiki bacarıqlar;

·      MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı;

·      1C, Logo, SAP və ya digər ERP proqramlarında işləmə təcrübəsi üstünlük sayılır;

·      Analitik düşüncə tərzi, dəqiqlik və məsuliyyətlilik;

·      Komanda ilə işləmək, eyni zamanda müstəqil qərarvermə qabiliyyəti;

·     Kommunikasiya və təqdimetmə bacarıqları.

 

Vəzifə Öhdəlikləri:

·   Şirkətin maliyyə və mühasibat uçotunun düzgün və vaxtında aparılmasına nəzarət etmək;

·   Mühasibat sənədlərinin, hesab-fakturaların və ödəniş tapşırıqlarının qanunvericiliyə uyğun tərtibini təmin etmək;

·   Maliyyə hesabatlarını (balans, mənfəət-zərər, pul axını) hazırlamaq və rəhbərliyə təqdim etmək;

·   Büdcə və maliyyə proqnozlarını tərtib etmək, faktiki göstəricilərlə müqayisə aparmaq və təhlil etmək;

·   Nağd, bank və hesablaşma əməliyyatlarının düzgün icrasına, həmçinin debitor və kreditor borclarının uçotuna nəzarət etmək;

·   Vergi bəyannamələrinin və digər rəsmi hesabatların vaxtında və düzgün təqdim olunmasını təmin etmək;

·   Daxili maliyyə nəzarət sisteminin təkmilləşdirilməsində iştirak etmək və audit proseslərində şirkəti təmsil etmək.

 

Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Maliyyə üzrə Baş Mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.