Barattson MMC “Maliyyə və biznes təlimləri bölməsinin meneceri” vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri:
* Maliyyə təlimlərinin (ACCA,CFA, IFRS, maliyyə analizi və s.) və biznes təlimlərinin satışının təşkili və planlaşdırılması;
* Satış planına uyğun hədəflərə çatmaq və satış strategiyalarını formalaşdırmaq;
* Bazarın və rəqib təlim mərkəzlərinin fəaliyyətinin təhlili;
* Müştəri ehtiyaclarını müəyyən etmək və onlara uyğun təlim təklifləri hazırlamaq;
* Potensial müştəri bazasının yaradılmasını təmin etmək, yeni korporativ və fərdi müştərilərin cəlb olunmasını təmin etmək;
* Hesabatlara əsasən strateji qərarlar vermək;
* Həftəlik və aylıq satış hesabatlarını rəhbərliyə təqdim etmək;
* İdarə etdiyi bölmənin əməkdaşlarının öz vəzifə öhdəliklərini keyfiyyətlə yerinə yetirmələrinə, davamiyyətlərinə və daxili intizam qaydalarına və şirkətin digər siyasət və təlimatlarına riayət etmələrinə nəzarət etmək;
* Tələbə - müəllim problemlərinə nəzarət, tələb olunduğu halda müdaxilə etmək;
* Müəllim ehtiyaclarını vaxtında müəyyən etmək;
* Satış prosesində müştəri ilə effektiv kommunikasiya qurmaq, təqdimatlar keçirmək və danışıqlar aparmaq;
Təlim xidmətlərimizi geniş auditoriyada təqdim etmək məqsədilə təhsil mərkəzləri ilə əməkdaşlıq edib seminarlar və tədbirlər keçirilməsini təmin etmək
Əsas tələblər:
* Ali təhsil (maliyyə, biznes və ya marketinq sahəsində olması üstünlükdür);
* Satış sahəsində minimum 2 il iş təcrübəsi (təhsil xidmətləri sahəsində);
* İdarəetmə üzrə ən azı 2 il iş təcrübəsi;
* Təqdimat bacarıqları;
* Biznes danışıqları aparmaq bacarığı;
* Dil bilikləri: Azərbaycan dili səlis, rus dili və ingilis dili üstünlükdür;
* Kompyuter bacarıqları: Ofis proqramları;
* Komanda ilə işləmək və təşəbbüskarlıq qabiliyyəti;
* Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
* Çevik işləmək bacarığı;
Biz nə vəd edirik?
* Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;
* Rahat və müasir iş mühiti;
* Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər.
Əmək haqqı: Namizədin təcrübəsindən aslı olaraq razılaşdırılacaq.
İş qrafiki: 5 gün, saat 10:00-19:00.
Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Maliyyə və biznes təlimləri bölməsinin meneceri”qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 28 fevral 2026-cı il.