Ümumi məlumat   PAŞA Kapital İnvestisiya Şirkəti QSC potensial namizədləri “Marja ticarəti üzrə satış rəhbəri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.   Vəzifə və öhdəliklər
  • Komanda işinin peşəkar təşkili və satış sisteminin qurulması;
  • Cari və gələcək iş planlarının, layihələrinin hazırlanmasını təmin etmək;
  • Bölmənin qarşısında duran vəzifələrin icrasına nəzarət etmək;
  • Əlavə satış qabiliyyətli xidmətlər üzrə yeni təkliflər hazırlanması;
  • Şirkətin bu bölmənin fəaliyyətinin sistemli təhlilinin təşkili və onun əsasında səlahiyyətlərinə aid məsələlər üzrə zəruri sənədlərin, layihələrinin hazırlanması;
  • Şirkətin məhsul və xidmətlərin müştərilərə satışının təşkili və idarə edilməsi;
  • Kəmiyyət və keyfiyyət parametrləri üzrə müəyyən edilmiş plan göstəricilərinin yerinə yetirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi;
  • Sadalanan vəzifələr çərçivəsində; müştərilərlə ilkin danışıqların təşkili və aparılması, t
    əklifin hazırlanması;
  • Ən gəlirli və perspektivli müştərilərlə əlaqələr sxeminin işlənib hazırlanması;
  • Qarşıya qoyulmuş vəzifələrin həllində təşəbbüs göstərmək və bölmənin fəaliyyətinin təkmilləşdirilməsində fəal iştirak etmək;
  • Vəzifə funksiyasından irəli gələn digər funksiyaların icra edilməsi.
  Tələblər  
  • Biznes işinin təşkili və ümumi idarəçilik istiqamətində ali təhsil;
  • Sahə üzrə (Maliyyə) ən azı 5 illik iş təcrübəsi: maliyyə, bankçılıq və investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur;
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
  • Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri;
  • Yüksək satış qabiliyyəti və komandaya təlim vermə bacarığı;
  • Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.
  Bizim komandada çalışmaq üçün CV-nizi başlığını qeyd etməklə [email protected] ünvanına göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.