MARKETİNQ DİREKTORUNUN KÖMƏKÇİSİ
Axtarılan namizəd profili
Marketinq direktorunun gündəlik fəaliyyətinə operativ dəstək göstərəcək, əsasən sənədləşmə, hesabatların hazırlanması, məlumatların toplanması və koordinasiya işlərini həyata keçirəcək məsuliyyətli, çevik və təqdimat qabiliyyəti yüksək əməkdaş axtarılır.
Əsas tələblər və funksiyalar
· Word, Excel və PowerPoint proqramlarında yaxşı işləmə bacarığı;
·Sənədlərin, hesabatların, təqdimatların və briflərin hazırlanması;
· Məlumatların toplanması, sistemləşdirilməsi və rəhbərliyə düzgün formada təqdim edilməsi;
· İşgüzar yazışmaların və digər sənəd işlərinin aparılması;
·Marketinq direktorunun tapşırıqlarının və son tarixlərin izlənilməsi;
· Departamentlər və tərəfdaşlarla koordinasiyaya dəstək göstərilməsi;
· Azərbaycan dilində səlis və düzgün yazılı/şifahi kommunikasiya;
· Operativlik, məsuliyyətlilik, punktuallıq və detallara diqqət;
·Səliqəli və işgüzar xarici görünüş;
·Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
·Ehtiyac yarandıqda marketinq direktoru ilə birlikdə tədbirlərdə, sərgilərdə, görüşlərdə və iclaslarda iştirak etmək;
·Şirkəti işgüzar mühitdə düzgün və peşəkar şəkildə təmsil edə bilmək.
Üstünlük veriləcək bacarıqlar
·Meta Ads Manager / Meta Business Manager üzrə praktiki bilik;
· Google Ads ilə işləmə bacarığı;
·Target reklamların qurulması, idarə edilməsi və optimallaşdırılması;
· Reklam nəticələrinin analiz və hesabatlaşdırılması;
· Canva və digər marketinq alətləri ilə işləmə bacarığı;
·Digital marketing sahəsində əvvəlki təcrübə;
· İngilis dili biliyi.
Şəxsi keyfiyyətlər
OPERATİV
• MƏSULİYYƏTLİ
• PUNKTUAL
• SƏLİQƏLİ
• ÜNSİYYƏTCİL
• TƏŞƏBBÜSKAR
• SİSTEMLİ
Prioritet
Əsas prioritet: sənədləşmə, koordinasiya və marketinq direktoruna operativ dəstək. Meta və Google reklam platformalarını bilən namizədlərə əlavə üstünlük verilir.
Əlavə qeyd:
Namizəd ofis daxilində sənəd işlərini icra etməklə yanaşı, ehtiyac yarandıqda şirkətdən kənar tədbir, görüş, sərgi və iclaslarda iştirak edə biləcək çevikliyə malik olmalıdır.
Müraciət etmək istəyən namizədlər mövzu hissəsinə "Marketinq Direktorunun köməkçisi" yazaraq CV formalarını [email protected] electron poçt ünvanına göndərə bilər.