Vakansiya: Marketinq mütəxəssisi
Komandamıza marketinq sahəsində təcrübəsi olan, yaradıcı, təşəbbüskar və nəticəyönümlü Marketinq mütəxəssisi axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Sosial media hesablarından daxil olan müraciətlərin cavablandırılması;
- Sosial media üçün gündəlik Story-lərin hazırlanması və paylaşılması;
- Həftəlik və aylıq hesabatların hazırlanması;
- Həftəlik və aylıq kontent planlarının tərtib edilməsi;
- Sosial media üçün Reels və digər vizual kontentlərin hazırlanması;
- Əlamətdar günlərə və xüsusi tədbirlərə uyğun postların hazırlanması;
- Şirkətə məxsus veb-saytların və Google Business səhifələrinin idarə olunması və yenilənməsi;
- Kampaniyaların, menyuların, qiymətlərin və fotoşəkillərin yenilənməsi;
- E-mail marketing kampaniyaları üçün dizaynların hazırlanması və göndərilməsi;
- Menyuların dizayn və tərtibatının hazırlanması;
- Kontent çəkilişləri üçün moodboard və kreativ nümunələrin hazırlanması;
- Müxtəlif təqdimatların (prezentasiyaların) hazırlanması.
Namizədə dair tələblər:
- Marketinq sahəsində müvafiq iş təcrübəsi mütləqdir;
- Azərbaycan, rus və ingilis dillərini bilmək;
- Sosial media və rəqəmsal marketinq sahəsində bilik və təcrübə;
- Kreativ düşüncə və güclü vizual zövq;
- Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
- Yüksək kommunikasiya və təşkilatçılıq bacarığı;
- Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı.
İş yeri: Time Business Center
İş qrafiki: Həftədə 5 gün, saat 09:00-dan 18:00-dək
Əməkhaqqı: 800-1000 (Namizədin iş təcrübəsi və bilik səviyyəsinə uyğun olaraq müəyyən ediləcək)
Müraciət üçün: CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Mövzu hissəsində “Marketinq mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.