Barattson “Marketinq şöbəsinin rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir:

 

Əsas vəzifə öhdəlikləri:

Şirkətin marketinq strategiya və planını işləyib hazırlamaq;

Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;

SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;

AI və müasir marketinq alətlərindən istifadə etməklə marketinq proseslərinin effektivliyinin artırılması;

Rəqəmsal marketinq kampaniyalarının (social media, performance, e-mail və s.) planlanması və idarə olunması;

Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi;

Brend mövqeləndirilməsinin gücləndirilməsi və kommunikasiya strategiyasının qurulması;

Şirkətin xidmətləri haqqında təqdimatlar hazırlamaq və təqdim etmək;

Şirkətin sayt və sosial media hesablarına nəzarət etmək, daimi yenilənməsini təmin etmək;

Şirkətin sosial şəbəkələrdə PR-nın aparılması, sosial səhifənin daha çox tanıdılması və inkişaf etdirililməsini təmin etmək;

Xidmət sahələri üzrə satış hədəfləri müəyyənləşdirmək və onlara çatmağa nail olmaq;

PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;

Marketinq komandasını peşəkarcasına idarə etmək və kreativ mühit yaratmaq;

Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

 

Əsas tələblər:

Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır);

Marketinq menecer/rəhbər üzrə ən azı 5 il iş təcrübəsi;

Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;

Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili mükəmməl;

Strateji düşünmə və analitika bacarığı;

Çevik işləmək bacarığı.

 

Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır.

İş qrafiki: 5 iş günü, saat 10:00 – 19-00

Namizədlərdən CV formaların [email protected]  email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Marketinq şöbəsinin rəhbəri” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-nin son göndərilmə tarixi: 31 Oktyabr 2026 cı il.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.