Marketinq üzrə Kiçik Mütəxəssis (Junior) vakansiyası
İş barədə məlumat:
• Satış nöqtələrinin mütəmadi ziyarətində iştirak etmək və ərazi üzrə vəziyyəti öyrənmək
• Məhsullar üzrə bazar və rəqib araşdırmalarında dəstək olmaq
• İnventar yoxlanılması və satış komandası ilə ərazi monitorinqlərində iştirak etmək
• Yeni məhsulların təqdimat prosesində iştirak etmək
• Kampaniya və aksiyaların düzgün icrasına nəzarətdə komanda ilə birgə çalışmaq
• Satış nöqtələrində satışın artırılması üçün ideyaların hazırlanmasına dəstək olmaq
• Rəqib fəaliyyətlərini izləmək və məlumatları toplamaq
• Gündəlik və həftəlik hesabatların hazırlanmasında iştirak etmək
• Şirkətin brend standartlarına uyğunluğun təmin edilməsinə dəstək olmaq
Namizədə tələblər:
• Ali təhsil (Marketinq və ya əlaqəli sahələr üstünlükdür)
• MS Office proqramlarında ilkin biliklər
• Rus dili üstünlükdür
• Analitik düşünmə və öyrənməyə açıq olmaq
• Ünsiyyət bacarıqları və komandada işləmə qabiliyyəti
• Məsuliyyətli, diqqətli və təşəbbüskar olmaq
• Şəxsi avtomobilin olması üstünlükdür (arzuolunandır)
• Planlaşdırma və problem həll etməyə maraq
Biz təklif edirik:
• 5 günlük iş rejimi (Şənbə, Bazar istirahət)
• Əmək haqqı: 700-800 AZN (junior səviyyəyə uyğun olaraq tənzimlənə bilər)
• Real iş mühitində təcrübə qazanmaq imkanı
• Peşəkar komandada inkişaf və karyera yüksəlişi fürsəti
• Ünvan: Ağ şəhər
Müraciət: CV-nizi “Marketinq üzrə kiçik mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndərə bilərsiniz