Zeytun Pharmaceuticals komandamıza yeni əməkdaş axtarırıq!

Marketinq və retail üzrə mütəxəssis vakansiyamıza müraciətlər açıqdır!

Marketinq kampaniyalarının təşkilində, promo fəaliyyətlərin həyata keçirilməsində və tədbirlərin koordinasiyasında təcrübəniz varsa, sizi komandamıza dəvət edirik!

 

Əsas tələblər:

 Marketinq, retail marketinqi və ya tədbirlərin təşkili sahəsində minimum 2 il iş təcrübəsi

 Çap və promo materiallarının hazırlanması və koordinasiyası üzrə praktiki biliklər

 Güclü təşkilatçılıq, planlaşdırma və kommunikasiya bacarıqları

 MS Office, xüsusilə Excel və PowerPoint ilə işləmək bacarığı

 Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı

 

 İş yeri: BEGOC Biznes Mərkəzi, Bakı

 

 Biz nə təklif edirik?

Tibbi sığorta, nahar, peşəkar təlim və inkişaf imkanları.

 

 Müraciət qaydası: Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Marketinq və retail üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

 Diqqət: Vakansiya üzrə müraciətlər yalnız elektron poçt vasitəsilə qəbul olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.