Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrası magistr dissertasiyalarına elmi rəhbərlik və elmi-tədqiqat təcrübələrinə rəhbərlik üzrə saathesabı müəllim vəzifəsinə vakansiya elan edir.

Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrası üzrə magistr dissertasiyalarına elmi rəhbərlik istiqaməti üzrə vakant tədris yükü aşağıdakı kimidir:

Vakant yük

Tələblər:

· Elmi dərəcə: texnika üzrə fəlsəfə doktoru və ya texnika üzrə elmlər doktoru (əlaqəli xtisaslar üzrə);

· Ali təhsil sahəsində ən azı 1-3 il iş təcrübəsinin olması;

· Əlaqədar ixtisaslar üzrə elmi məqalələrinin, tədqiqatlarının olması və ya müvafiq  layihələrdə iştirak etməsi;

· Elmi-tədqiqat metodlarını bilmək bacarığı;

· Magistr dissertasiyalarının mövzularına uyğun olaraq tədiqatın məqsədini və məsələlərini müəyyən etmək bacarığı;

· Tədqiqat mövzusuna uyğun olaraq magistrantlara məqalə yazmaqda və ya konfransa məruzə hazırlamaqda məsləhət vermək bacarığı;

· Elmi-tədqiqat təcrübəsinin işçi proqramını tərtib edə bilmək bacarığı;

· Tələbələri motivasiya edə bilmək, innovativ yanaşmalardan istifadə etmək bacarığı;

· Yaxşı ünsiyyət və təqdimat bacarıqları;

· Komanda ilə işləmək və akademik mühitə uyğunlaşmaq qabiliyyəti;

· Müasir İT və tədris texnologiyalarından istifadə bacarığı (MS Office, LMS platformaları və s.);

· Müvafiq ixtisaslar üzrə sənaye sahələri haqqında məlumatın olması;

· Azərbaycan dilini səlis bilmək (rus və ingilis dili arzuolunandır).

Öhdəliklər:

· Fərdi və ya qrup şəklində magistr dissertasiyalarına rəhbərlik etmək;

· Magistr dissertasiyalarının mövzularına uyğun olaraq tələbələrin tapşırıqlarını hazırlamaq;

· Elmi-tədqiqat təcrübəsinin işçi proqramını hazırlamaq;

· Təcrübə keçiriləcək müəssisədə magistrantları dissertasiya mövzusuna uyğun məlumatlandırmaq, onların davamiyyətini qeyd etmək;

· Elektron təcrübə portalında qeydiyyat aparmaq;

· Ayrılan tədris yükünə uyğun olaraq məsləhət və rəhbərlik saatlarının qrafikini müəyyən etmək və həmin saatlarda məsləhətlər vermək;

· Tələbələrin magistr dissertasiyası üzərində işinə və ya elmi- tədqiqat təcrübəsində fəaliyyətinə görə qiymətləndirilməsini aparmaq;

· Magistr dissertasiyalarının hazırlanmasında rəhbərliyə görə və ya təcrübənın nəticəsinə görə hesabat vermək.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 10.12.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.