Media sahəsində təcrübə toplamaq və özünü inkişaf etdirmək istəyirsənsə, “TeleDOST” səni gözləyir!
Peşəkarların əhatəsində şəxsi və peşəkar inkişaf ilə bağlı sizə ödənişsiz təcrübə imkanları təqdim edirik.“TeleDOST” altproqramı DOST TV-də həyata keçirilən könüllülük fəaliyyətidir.Bu proqrama qoşulmaqla siz jurnalistika, teleaparıcılıq, rejissorluq, operatorluq, montaj sənəti kimi ixtisaslar üzrə təcrübə toplaya, əmək bazarında tələbat olan mütəxəssis kimi özünüzü formalaşdıra bilərsiniz.
Bu unikal təcrübə proqramına qoşul və aşağıdakıları öyrən:
İctimaiyyətlə effektiv əlaqələrin qurulması
Teleaparıcılıq
Televiziya işinin təşkili
Xəbər istehsalı
Video reportajların hazırlanması
Video montaj sənətinin incəlikləri
Foto sənətinin incəlikləri
Kimlər bu proqrama qoşula bilər?
Jurnalistika, filologiya, sənətşünaslıq, aktyor sənəti kimi sahələrdə ali təhsil alan gənclər;
Radiotexnika və telekommunikasiya sahələrində ali və ya orta ixtisas təhsili alan gənclər.
Qeydiyyat üçün keçid: LİNK

