Kommunikasiya departamenti / Media və informasiya təminatı şöbəsi / Böyük mütəxəssis vakansiyası üzrə namizəd axtarışı aparılır. Vakansiya barədə məlumatlarla aşağıda tanış ola bilərsiniz:

Vəzifə öhdəlikləri:

- Agentliyin tədbirləri, layihələri, görüşləri və digər fəaliyyətləri zamanı yüksək keyfiyyətli foto və video çəkilişlərin aparılması;

- Çəkiliş üçün zəruri texniki avadanlıqların (kamera, suflyor, obyektiv, stabilizator, mikrofon, işıqlandırma və s.) hazırlanması və saz vəziyyətdə saxlanılması;

- Çəkilişdən əvvəl məkanın, işıqlandırmanın və kadrların planlaşdırılması;

- Səs yazısı və səs keyfiyyətinin təmin edilməsi, mikrofonlarla işləmək bacarığı;

- Video materialların müasir proqram təminatları (Adobe Premiere Pro, After Effects və s.) vasitəsilə peşəkar montajının həyata keçirilməsi;

- Motion qrafika və vizual effektlərin hazırlanması;

- Video və foto materialların hazırlanmasında süni intellekt (AI) resurslarından istifadə;

- Foto materialların redaktə edilməsi və vizual tərtibatının hazırlanması (Adobe Photoshop, Lightroom);

- Qrafik elementlər, ikonlar və dizayn işləri üzrə Illustrator proqramı ilə işləmək (üstünlükdür);

- Foto və video arxivinin formalaşdırılması, sistemləşdirilməsi və qorunması.

Vəzifənin tutulmasına dair tələblər:

- Təhsil tələbi: Ali

- İş stajı: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

- Kompüter bilikləri: Adobe proqramları və video montaj alətləri ilə sərbəst işləmək bacarığı.

Tələb olunan bilik və bacarıqlar:

- Texniki tapşırıqları düzgün anlama və vaxtında icra etmə bacarığı;

- Zamanın effektiv idarə olunması və operativlik;

- Analitik və yaradıcı yanaşma;

- Komandada işləmək və effektiv kommunikasiya bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlərin CV və portfoliolarını mövzu hissəsinə “Media və informasiya təminatı şöbəsi üzrə böyük mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

Müraciət üçün son tarix: 29.01.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.