Marketinq və Korporativ Əlaqələr Departamenti Məhsulların Yaradılması Şöbəsinə Menecer/Baş mütəxəssis 

 

Vəzifəyə olan tələblər:

-Ali iqtisadi/maliyyə təhsili; 

-Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi üzrə ən azı 5 il iş təcrübəsi;

-Kollektivlə işləmə bacarığı;

-Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;

-Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənməsi;

-Türk və ingilis dili biliyi (Rus dil biliyi müsbət qarşılanır);

-Microsoft Excel (yüksək səviyyədə).

 

Əsas vəzifələr:

-Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;

-Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;

Korporativ və pərakəndə bank məhsullarının beynəlxalq təcrübələrinin öyrənilməsi, təhlili, təqdimatı və razılaşdırıldığı təqdirdə tətbiqi;

-Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT, satış və əməliyyat ilə işləmək;

-Planlaşdırılmış və mövcud layihələri idarə etmək;

-Yeni və mövcud məhsullar üzrə təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili təqdimatların keçirilməsi;

-Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;

-Məhsulun yaradılması proseslərini hazırlamaq və bu prosesi idarə etmək;

-İnkişaf etdirilən məhsulun hüquqi qanunlara , yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;

-İnkişaf etdirilən məhsulun qiymətləndirilmə və marketinqini həyata keçirmək;

-Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək.

 

Göstərilən tələblərə cavab verən namizədlər avqust ayının 31-nə qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların yaradılması” qeyd edilməsi vacibdir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.