VAKANSİYA: MƏKTƏB KATİBƏSİ
Yaşam Beynəlxalq Məktəbi komandamıza məsuliyyətli, təşkilatçılıq və kommunikasiya bacarıqlarına malik Məktəb katibəsi axtarır!
Tələblər
Ali Təhsil
Məktəbdə katibə vəzifəsində iş təcrübəsinin olması mütəqdir;
Şagird-məzun sistemini bilmək
UTİS sistemində sərbəst işləmək bacarığı;
Müxtəlif növ arayışların hazırlanması;
Kargüzarlıq qaydalarını və sənədləşmə proseslərini bilməsi;
Sənədlərin işlənilməsi, rəsmiləşdirilməsi və arxivləşdirilməsi qaydalarına bələd olması;
Məktəb direktorunun gündəlik inzibati və təşkilati işlərində dəstək göstərilməsi;
Direktorun tapşırıqlarının vaxtında və düzgün icrasının təmin edilməsi;
Rəhbərlik, müəllimlər, valideynlər və digər əməkdaşlarla işgüzar ünsiyyətin qurulması;
Görüşlərin, iclasların və digər təşkilati işlərin planlaşdırılmasında iştirak edilməsi;
Diqqətli, məsuliyyətli, operativ və ünsiyyətcil olması.
Əməkhaqqı: 600 AZN (Gross)
İş yeri: Xırdalan şəhəri, AAAF Park
Müəssisə: Yaşam Beynəlxalq Məktəbi
Müraciət qaydası:
CV-lərinizi mövzu hissəsində “Məktəb katibəsi” qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərsiniz: [email protected]
Qeyd: Vakansiya üzrə yalnız məktəbdə katibə vəzifəsində işləmiş namizədlərin müraciət etməsi xahiş olunur.