Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsi üzrə müsabiqə elan edilir
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.
Namizədlər üçün tələblər:
-Ali pedaqoji və ya idarəetmə ixtisası;
-3 ildən az olmayaraq pedaqoji staj;
Tələb olunan sənədlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;
Tələblərə cavab verən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar. Test imtahanı nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 17-23 oktyabr tarixləri aralığında (şənbə və bazar günləri istisna) saat 09:00-dan 18:00-dək yuxarıda qeyd olunan sənədləri Dağlıq Şirvan Regional Təhsil İdarəsində müvafiq komissiyaya təqdim etməklə qeydiyyatdan keçə bilərlər. (ünvan; Şamaxı şəhəri, Şəhriyar küçəsi, 21)