"Məlumat bazası və qeydiyyat üzrə mütəxəssis" vəzifəsi üzrə vakansiya
Caspian Event Organisers şirkətində "Məlumat bazası və qeydiyyat üzrə mütəxəssis" vəzifəsi üzrə vakansiya açıqdır.
Namizədə tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
Analitik düşüncə və yüksək diqqətlilik
MS Office və CRM sistemləri ilə işləmə bacarığı
Azərbaycan dili – səlis, rus və ingilis dili biliyi – yuxarı orta (upper-intermediate) səviyyədə
Komanda ilə işləmə və təşkilatçılıq bacarığı
Stressə davamlılıq və məsuliyyət
Vəzifə öhdəlikləri:
Sərgi saytlarının yoxlanılması (tarixlər, qaydalar, qeydiyyat formaları və s.)
Layihələr üzrə illik deadline qrafikinin hazırlanması
Maliyyə şöbəsi tərəfindən təqdim olunan büdcənin layihələr üzrə bölüşdürülməsi
Dəvət və qeydiyyat üçün məlumat bazasının hazırlanması və yenilənməsi
Müxtəlif kateqoriyalar üzrə məktubların hazırlanması, tərcümə və dizayn koordinasiyası
Badge (nişan) sayının hesablanması
Dəvətnamələrin hazırlanması və göndəriş prosesinin təşkili
E-mail kampaniyalarının hazırlanması və icrası
Rəqib sərgilərin monitorinqi və məlumat bazasının genişləndirilməsi
Reklam kampaniyalarında iştirak və regionlardan ziyarətçilərin cəlb olunması
On-site hazırlıq işlərinin təşkili (avadanlıq, materiallar, siyahılar və s.)
Sərgi zamanı qeydiyyat zonasının idarə olunması və nəzarət
Müvəqqəti işçilərin ödənişi üçün CRM-də sifarişlərin yaradılması
Hesabatların hazırlanması (ziyarətçilər, biletlər, qeydiyyat və s.)
CRM məlumatlarının yenilənməsi və optimizasiyası
IT şöbəsi ilə koordinasiya və texniki dəstəyin təmin olunması
İş şəraiti:
İş rejimi: I - V günlər, 09:00-18:00
Əməkhaqqı: müsahibə əsasında
Ünvan: Bakı
Müraciət üçün: