"Məlumat köşkü əməkdaşı" vakansiyası aktivdir.

 

Vəzifə öhdəlikləri:

-Satış mərkəzlərinə müraciət edən müştərilərin qarşılanması və onların qeydiyyatının aparılması;

-Müştərilərin müraciətlərinə əsasən müvafiq struktur bölmələr üzrə yönləndirilməsi;

-Daxil olan telefon zənglərinin cavablandırılması;

-Təqvimin aparılması, sənədlərin qeydiyyatının aparılması;

-E-mail və digər yazışmaların icra edilməsi;

-Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi.

 

Tələblər:

-Ali təhsil;

-Məlumat köşkü və oxşar vəzifədə minimum 1 il təcrübə;

-Azərbaycan və rus dili mükəmməl, ingilis dili arzuolunandır;

-Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;

-Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;

-Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.

 

İş şəraiti:

-6 günlük iş qrafiki;

-Bakı şəhəri;

-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

 

Tələblərə cavab verən namizədlərdən şəkilli CV-lərini e-mail vasitəsilə mövzu yerinə “Məlumat köşkü əməkdaşı” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.