“Məlumat Mərkəzi üzrə Operator” vakansiyası üzrə işçi axtarışı elan edilir.
Əgər müştərilərlə ünsiyyət qurmaq, müraciətləri operativ şəkildə cavablandırmaq və müştəri xidmətləri sahəsində inkişaf etmək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
Gələn zəngləri qəbul etmək və müştərilərə telefon vasitəsilə konsultasiya xidmətləri göstərmək.
Zəruri hallarda çıxış zənglərini həyata keçirmək, məlumatları dəqiqləşdirmək və müştərilərdən geribildirim almaq.
Müştərilərlə chat və e-mail vasitəsilə operativ ünsiyyət qurmaq.
Şirkətin məhsul və xidmətləri barədə müştərilərə ətraflı məlumat vermək və suallarını cavablandırmaq.
Müştərilərdən daxil olan müraciətləri CRM sistemində düzgün şəkildə qeydiyyata almaq.
Mürəkkəb və xüsusi yanaşma tələb edən sorğuları aidiyyəti şöbələrə yönləndirmək.
Müştəri xidməti standartlarına və daxili SLA tələblərinə riayət etmək.
Tələblər:
Düzgün və səlis şifahi və yazılı nitq.
Məlumat mərkəzi, müştəri xidməti və ya satış sahəsində iş təcrübəsi arzuolunandır, lakin mütləq deyil.
Kompüterdən və onlayn ünsiyyət vasitələrindən istifadə bacarığı.
Müştərini dinləmək və ehtiyacını düzgün müəyyənləşdirmək bacarığı.
Səbirli, məsuliyyətli və pozitiv ünsiyyət qurmaq bacarığı.
Komanda ilə işləmək və operativ qərar vermək bacarığı.
İş qrafiki: 2 gün iş, 2 gün istirahət — 2 növbəli: 09:00–21:00 / 21:00–09:00.
Maraqlanan namizədlər CV-lərini “Məlumat Mərkəzi Operatoru” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.