Məlumat mərkəzi üzrə təcrübəçi, kiçik mütəxəssis, mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda**“Məlumat mərkəzi üzrə təcrübəçi, kiçik mütəxəssis, mütəxəssis”vakansiyasını elan edirik. Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq“Call center_operator”qeyd etməklə öz CVlərinizi[email protected]**ünvanına göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Vəzifə öhdəlikləri:

  • Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılması;
  • Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi;
  • Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi;
  • Daxil olan zəng zamanı satışın edilməsi və təyin olunmuş hədəflərə çatmaq;
  • Aylıq hesabatların hazırlanması;
  • Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır;
  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək.

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili arzuolunandır;
  • Word və Excel proqramlarından istifadə bacarığı;
  • Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik;
  • Komanda ilə işləmək bacarığı;
  • Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı;
  • İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.