Meqa Sığorta Partnyorlarla iş şöbəsinin mütəxəssisi vəzifəsinə işçilər cəlb edir.

 

Vəzifə öhdəlikləri:

        Maliyyə təşkilatları ilə partnyorluq əlaqələrinin qurulması və cəlb edilməsi, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması və satış prosesinin effektiv idarə olunması;

        Müəyyən edilmiş satış planlarının icrasını təmin etmək 

        Müştəri ehtiyaclarının dərindən təhlil edilməsi və onlara uyğun həllərinin hazırlanaraq təqdim edilməsi;

        Satış fəaliyyəti və nəticələr barədə rəhbərliyə mütəmadi olaraq hesabatların təqdim edilməsi;

        Satış proseslərinin təkmilləşdirilməsi istiqamətində yeni təkliflər vermək 

        Komanda ilə sıx əməkdaşlıq edərək ortaq hədəflərə töhfə vermək.

 

Namizədə olan tələblər:

-        Təhsil: Ali;

-        İş təcrübəsi: Sığorta və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

-        Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır;

-        MS Office proqramlarında sərbəst şəkildə işləmə bacarığı;

-        Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları.

 

İş şərtləri:

        Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;

        İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);

        İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;

        Əmək haqqı: Namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

 

İmtiyazlar:

        Karyera və peşəkar inkişaf üçün imkanlar;

        Peşəkar komandada işləmək imkanı;

        Tibbi sığorta təminatı;

        Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.

 

Müraciət qaydası:

Zəhmət olmasa, mövzu bölməsində “Partnyorlarla iş şöbəsinin mütəxəssisi” qeyd etməklə CV-nizi karyera@ meqasigorta.az e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək. 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.