Mərkəzi Elmi Kitabxana gəncləri “MEK könüllüləri” proqramına dəvət edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) kitabxana işi sahəsində praktiki təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və elmi mühitdə fəaliyyət göstərmək istəyən gənclər üçün “MEK könüllüləri” proqramına yeni qəbul elan edir.

Proqrama kitabxana işi ilə maraqlanan, yeni bilik və təcrübə əldə etmək istəyən, məsuliyyətli, intizamlı, ünsiyyətcil və komandada işləmək bacarığına malik 18–35 yaş arası gənclər müraciət edə bilərlər.

Üç ay müddətində könüllülər MEK-in fəaliyyət istiqamətləri ilə yaxından tanış olacaq, real iş mühitində praktiki təcrübə qazanacaq və müxtəlif təlimlərdə iştirak edəcəklər. Proqram çərçivəsində iştirakçılar kitabxananın ənənəvi və elektron xidmətləri, oxuculara xidmət, tədbirlərin təşkili, rəqəmsal resurslardan istifadə, sosial media fəaliyyəti və digər istiqamətlər üzrə praktiki fəaliyyətə cəlb olunacaqlar.

Könüllülük fəaliyyətini uğurla başa vuran iştirakçılara sertifikat, fəaliyyəti ilə fərqlənən könüllülərə isə tövsiyə məktubu təqdim ediləcək.

Namizədlərin seçimi CV-lərin qiymətləndirilməsi və müsahibə mərhələləri əsasında həyata keçiriləcək.

Proqramda iştirak etmək istəyən şəxslər 1 oktyabr 2026-cı il tarixinədək CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Elanda qeyd olunan şərtlər və müraciət qaydaları barədə ətraflı məlumatı aşağıdakı keçid vasitəsilə əldə etmək mümkündür:

 Əlaqə telefonu: (+994 12) 539 73 65

 

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.